"Barselona" klubunun futbolçusu Lamin Yamal İspaniya La Liqasında yeni rekord müəyyənləşdirib.
"Report"un məlumatına görə, cinah oyunçusu buna XXXI turda "Espanyol"la matçda iştirak etməklə nail olub.
Qarşılaşmada 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan Yamal yerli çempionatında 100-cü matçına çıxıb. O, bunu 18 yaş 272 günündə bacarıb.
Beləliklə, gənc vinger "Real"ın sabiq üzvü Raul Qonsalesin (19 yaş, 284 gün) rekordunu qırıb.
Xatırladaq ki, "Barselona" "Espanyol"u 4:1 hesabı ilə məğlub edib.