IMG-LOGO

Naxçıvanda XI siniflər üçün dördüncü buraxılış qiymətləndirmə monitorinqi keçirilib

12 Apr 2026 15:16 3 baxış
IMG

Naxçıvanda XI siniflər üçün tədris ilinin dördüncü buraxılış qiymətləndirmə monitorinqi keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən aprelin 12-də şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə XI siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq tədris ilinin növbəti buraxılış qiymətləndirmə monitorinqi keçirilib.

Monitorinqdə 4 000-ə yaxın şagird iştirak edib.

Monitorinq "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün muxtar respublikanın Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil edilib.

Qiymətləndirmə monitorinqində rayonlar üzrə ən yüksək nəticə göstərən şagirdlər tərəfdaş şirkətlər tərəfindən mükafatlandırılacaq.

Xəbər lenti