Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığında Yaxın Şərqdəki vəziyyətin son inkişafını müzakirə ediblər.
"Report"un xəbərinə görə, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.
"Telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər", - məlumatda deyilir.
İran Prezidenti aprelin 11-də İslamabadda keçirilən İran-Amerika danışıqlarını qiymətləndirib.
"Məsud Pezeşkian Rusiyanın İran xalqına göstərdiyi humanitar yardıma görə Putinə təşəkkür edib", - məlumatda qeyd olunur.
İkitərəfli əməkdaşlığın cari məsələlərinin müzakirəsi zamanı mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsinə qarşılıqlı sadiqliklər bir daha təsdiqlənib.
Putin Pezeşkiana Yaxın Şərqdə uzunmüddətli sülhün bərqərar olması üçün vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu bildirib. Kremldən əlavə olunub ki, Rusiya regionda ədalətli və davamlı sülhün bərqərar olması üçün Yaxın Şərqdəki bütün tərəfdaşları ilə aktiv əlaqələri davam etdirəcək.