IMG-LOGO

İranın Neft Nazirliyi: Enerji obyektlərinin böyük hissəsi bərpa ediləcək

12 Apr 2026 19:17 3 baxış
IMG

İran 1-2 ay ərzində ABŞ və İsrailin zərbələri zamanı zədələnmiş neft emalı obyektlərinin əksəriyyətini bərpa etməyi və onların gücünün 70–80%-ni qaytarmağı nəzərdə tutur.

"Report" xəbər verir ki, bu barədə neft nazirinin müavini Məhəmməd Sadiq Əzimifər "Student News Network"ə (SNN) bildirib.

"Zədələnmiş neft emalı zavodlarının (NEZ) əksəriyyətində biz 1-2 ay ərzində əvvəlki gücün 70-80%-nə qayıda biləcəyik, gələcəkdə isə orta və uzunmüddətli perspektivdə 100% gücü bərpa edəcəyik", - o bildirib.

Əzimifər həmçinin qeyd edib ki, yaxın vaxtlarda Lavan adasındakı NEZ bərpa ediləcək və o, artıq 10 gündən sonra qismən işə salınacaq. Onun sözlərinə görə, qalan obyektlər tədricən işə salınacaq.

Xəbər lenti