IMG-LOGO

Hakan Fidan pakistanlı həmkarı ilə ABŞ-İran danışıqlarını müzakirə edib

12 Apr 2026 21:18 2 baxış
IMG

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı aparıb və İslamabad danışıqları müzakirə olunub.

"Report" xəbər verir ki, bu barədə məlumat Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında yayılıb.

"Söhbət zamanı bütün tərəflərin atəşkəs öhdəliklərinə əməl etməsinin vacibliyini vurğulanıb", - məlumatda bildirilib və əlavə olunub ki, H. Fidan İran ilə ABŞ arasında dialoqun asanlaşdırılmasında Pakistanın rolunu yüksək qiymətləndirib:

"Hər iki nazir dialoqun davam etdirilməsinə, regionda və ondan kənarda sülh və sabitliyin təşviqinə yönəlmiş bütün diplomatik səylərə dəstəklərini bir daha təsdiqləyiblər".

Türkiyəli nazir pakistanlı həmkarını Antalya Diplomatiya Forumuna dəvət edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə aviazərbələr endirib. Elə həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib.

Xəbər lenti