Azərbaycan Efiopiya ilə müdafiə sahəsində əməkdaşlıq edəcək.
"Report" xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisə daxil olub.
Sənəd parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin aprelin 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.