Bu ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 4 milyard 049,8 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 14,9 % çox investisiya yönəldilib.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, o cümlədən, son 1 ildə qeyri neft-qaz sektoruna investisiyalar 2,2 % artaraq 2 milyard 523,9 milyon manata çatıb.