Bu il aprelin 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 151,1 milyon ABŞ dolları təşkil edib.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 15,9 % çoxdur.
Xatırladaq ki, hesabat tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 1 il əvvələ nisbətən 5,7 % çox - 11 milyard 656,8 milyon ABŞ dolları təşkil edib. Azərbaycan Dövlət Neft Fondu isə hələ ki, aktivlərinin məbləğini açıqlamayıb.