IMG-LOGO

XIV Leo: Donald Trampla polemikaya girmək istəmirəm

13 Apr 2026 13:39 4 baxış
IMG

Roma Papası XIV Leo, ABŞ Prezidenti Donald Trampın tənqidinə baxmayaraq, Yaxın Şərqdəki müharibəyə qarşı çıxış etməyə davam edəcəyini bildirib.

"Report" CNN-ə istinadən xəbər verir ki, o, bu barədə Əlcəzairə yola düşən Papa təyyarəsinin göyərtəsində bildirib.

"Mən onunla (Donald Trampla, - red.) müzakirəyə girmək istəmirəm. Problemlərin ədalətli həllini tapmaq üçün dövlətlər arasında sülhü, dialoqu və çoxtərəfli münasibətləri təşviq etməyə çalışaraq, müharibəyə qarşı ucadan çıxış etməyə davam edəcəyəm", - o deyib.

Roma Papası hərbi əməliyyatlar nəticəsində həddindən artıq çox dinc sakinin həlak olduğunu vurğulayıb.

"Dünyada çox sayda insan əziyyət çəkir, çox sayda günahsız insan həlak olur. Düşünürəm ki, kimsə ayağa qalxıb başqa - daha yaxşı bir yolun olduğunu deməlidir", - o qeyd edib.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Roma Papası XIV Leonu tənqid etmişdi. Trampın sözlərinə görə, Roma Papası cinayətkarlıqla mübarizədə zəifdir və xarici siyasətdə bərbaddır. Tramp Papanın qardaşı Luinin onun daha çox xoşuna gəldiyini bildirib, çünki onun sözlərinə görə, o, "MAGA"nı (Make America Great Again, - red.) tamamilə dəstəkləyir. Bundan başqa, Tramp qeyd edib ki, Roma Katolik Kilsəsinin rəhbərliyində, İranın nüvə silahına malik olmasını normal hesab edən bir Papa görmək istəmir.

Xəbər lenti