IMG-LOGO

Qanalı futbolçu Dominik Frimponq silahlı hücum nəticəsində vəfat edib

13 Apr 2026 13:11 4 baxış
IMG

Qananın "Berekum Çelsi" klubunun 20 yaşlı futbolçusu Dominik Frimponq silahlı hücum nəticəsində həlak olub.

"Report"un Qana Futbol Assosiasiyasına (GFA) istinadən məlumatına görə, hadisə klubun avtobusuna silahlı hücum zamanı baş verib.

"Samarteks"lə səfər oyunundan (0:1) qayıdarkən komandanın avtobusu hücuma məruz qalıb. Bir qrup silahlı şəxs soyğunçuluq məqsədilə yolu bağlayaraq avtobusa atəş açıb. D.Frimponq aldığı güllə yarasından sonra vəfat edib.

Qeyd edək ki, hücumçu cari mövsümdə keçirdiyi 13 matçda 2 qol vurmuşdu.

Xəbər lenti