IMG-LOGO

İsrail ordusu Livanın cənubunda əməliyyatı genişləndirdiyini açıqlayıb

13 Apr 2026 14:44 3 baxış
IMG

İsrail Müdafiə Ordusu Livanın cənubunda radikal "Hizbullah" qruplaşmasının hərbi infrastrukturuna qarşı quru əməliyyatlarını genişləndirir.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, fəaliyyətlər ön xətdə müdafiə mövqelərinin möhkəmləndirilməsinə yönəlib.

Mətbuat xidməti bildirib ki, İsrail ordusu Livanın cənub bölgəsində qruplaşmanın 100-dən çox üzvünü öldürüb, "Hizbullah"ın onlarla infrastruktur obyektini sıradan çıxarıb və yüzlərlə müxtəlif növ silah aşkar edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

"Hizbullah" İsraili raketlər və pilotsuz uçuş aparatları ilə atəşə tutaraq İranın tərəfində müharibəyə qoşulduqdan sonra İsrail ordusunu radikal qruplaşmanın infrastrukturunun yerləşdiyi Livanın cənubuna və Beyrutun cənub ətraflarına zərbələr endirib və endirməkdə davam edir. İsrail, həmçinin Livanın cənubunda quru əməliyyatını genişləndirib.

Xəbər lenti