IMG-LOGO

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

13 Apr 2026 14:08 3 baxış
IMG

Bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15 milyard 927,3 milyon manatlıq, o cümlədən 8 milyard 774,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7 milyard 152,4 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 %, qeyri-ərzaq malları üzrə 6,6 % artıb.

Bu ilin yanvar-mart aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,4 %-i ərzaq məhsullarının, 4,7 %-i içkilər və tütün məmulatlarının, 14,6 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 %-i avtomobil benzini və dizel yanacağının, 4,5 %-i elektrik malları və mebellərin, 2,7 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,5 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 517,2 manatlıq, o cümlədən 284,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 232,3 manatlıq qeyri-ərzaq malları alıb.

Xəbər lenti