İlk münasibətlərimiz ailədə formalaşır. Əgər uşaqlıqda valideynlərlə sağlam emosional bağ olubsa, insan böyüyəndə də harmonik münasibətlər qura bilir. Amma bu bağ zəhərli olubsa, bunun təsiri sonradan romantik münasibətlərdə özünü göstərə bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, həddindən artıq nəzarətçi analarla böyüyən kişilər çox vaxt bu davranış modellərini evliliklərinə də gətirirlər. Bu, aşağıdakı şəkildə özünü göstərə bilər:
1. Həyat yoldaşını ana ilə rəqabətə məcbur edir
Anasının diqqət mərkəzində olmağa öyrəşmiş kişi, evlilikdə də anasını razı salmağa çalışır. Nəticədə qadın ərinin diqqəti uğrunda mübarizə aparmalı olur.
2. Sərhədləri pozur
Uşaqlıqda şəxsi sərhədlər formalaşmayıbsa, o, həyat yoldaşının qoyduğu qaydaları anlamadan poza bilər.
3. Həyat yoldaşından valideyn rolu gözləyir
Həddindən artıq qayğı görən və ya əksinə, diqqət görməyən kişi, şüuraltı olaraq həyat yoldaşında “ana obrazı” axtarır və onu tərəfdaşdan çox baxıcıya çevirir.
4. Günah hissi ilə manipulyasiya edir
Anasının tələblərini yerinə yetirmək üçün günah hissi ilə böyüyən kişi, sonradan istədiyini əldə etmək üçün həyat yoldaşında da bu hissi yarada bilər.
5. Həmişə anasının tərəfində olur
Ana ailə işlərinə qarışsa belə, o, avtomatik olaraq onun tərəfini tutur və bu, qadında ikinci planda qalmaq hissi yaradır.
6. Anasının həyat yoldaşını tənqid etməsinə icazə verir
Əgər ana gəlin haqqında pis danışırsa və kişi buna reaksiya vermirsə, bu, onun üçün ananın fikrinin daha vacib olduğunu göstərir.
7. Maliyyəyə tam nəzarət edir
Hər şeyi idarə etmək ehtiyacı çox vaxt ailə büdcəsinə tam nəzarət etməklə özünü göstərir.
8. Həddindən artıq tənqidçidir
Uşaqlıqda tez-tez tənqid olunan kişi bu davranışı həyat yoldaşına da yönəldə bilər — xarici görünüşdən tutmuş qərarlara qədər.
9. Qadına özünü yetərsiz hiss etdirir
Əgər ona daim “kifayət qədər yaxşı deyilsən” deyilibsə, o, bu hissi həyat yoldaşına da ötürə bilər.
10. Hər şeyi onun üçün dərhal etməyi tələb edir
Anasına dərhal tabe olmağa öyrəşən kişi, həyat yoldaşından da eyni reaksiyanı gözləyir və onu tərəfdaş yox, xidmət edən şəxs kimi görür.
11. Qəzəbini həyat yoldaşına yönəldir
Uşaqlıqdan qalan işlənməmiş emosiyalar - inciklik, qəzəb - həyat yoldaşına yönələ bilər. Bu, özünü qoruma mexanizmi olsa da, ən çox yaxın insan zərər görür.
ailə münasibətləri kişilərin evliliyini dağıdan vərdişlər