IMG-LOGO

Fon der Lyayen: Aİ Macarıstanın yeni rəhbərliyi ilə əməkdaşlığa hazırdır

13 Apr 2026 15:50 2 baxış
IMG

Seçkilərdə qalib gələn Peter Madyar rəsmi olaraq vəzifəsinin icrasına başladıqdan və kabineti formalaşdırdıqdan sonra Avropa Komissiyası Macarıstanın yeni hökuməti ilə işləməyə başlayacaq.

"Report"un Avropa bürosu xəbər verir ki, bunu bu gün Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Budapeştdəki yeni rəhbərliklə dərhal əlaqə qurmaq və islahatların aparılması, eləcə də Aİ-nin dondurulmuş vəsaitlərinin blokdan çıxarılması da daxil olmaqla, əsas məsələlər üzrə işə başlamaq niyyətindədir.

Fon der Lyayen vurğulayıb ki, yeni hökumətdən yekun gözləntilər o, rəsmən vəzifəsinin icrasına başladıqdan sonra formalaşacaq, lakin Madyarın seçkiqabağı bəyanatları onun "Avropa yolu"na sadiqliyindən və Aİ institutları ilə əməkdaşlığa hazır olduğundan xəbər verir.

"Macarıstanın Aİ ilə daha sıx qarşılıqlı fəaliyyətə qayıtması ittifaqın birliyini möhkəmləndirmək üçün mühüm addım olacaq. Macarıstan xalqı öz səsverməsi ilə fundamental azadlıqlar və Avropaya inteqrasiya kursunu təsdiqlədi", - o bildirib.

Xəbər lenti