IMG-LOGO

"Mançester Yunayted" Kobbi Meynunun müqaviləsini uzatmağa yaxındır

13 Apr 2026 15:32 2 baxış
IMG

İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Kobbi Meynunun müqaviləsinin müddətini uzadacaq.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın baş məşqçisi Maykl Kerrik İngiltərə Premyer Liqasının XXXII turunda "Lids"ə qarşı keçirəcəkləri oyundan əvvəl məlumat verib.

O, danışıqların son mərhələdə olduğunu vurğulayıb:

"Razılaşma başa çatmaq üzrədir. Ona görə də biz müsbət düşünürük. Necə olacağını zaman göstərəcək, amma biz sakitik".

Xatırladaq ki, 20 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatmalı idi. Yeni anlaşmanın 2031-ci ilədək nəzərdə tutuacağı gözlənilir. "Mançester Yunayted" bu gün, Bakı vaxtı ilə saat 23:00-da "Lids"lə üz-üzə gələcək.

Xəbər lenti