Beynəlxalq Su İdman növləri Federasiyası (World Aquatics) Rusiya və Belarus idmançılarına qarşı sanksiyaları ləğv edib.
"Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Hər iki ölkə təmsilçiləri qatılacaqları yarışlarda öz bayraqları və himnlərindən istifadə edə biləcəklər.
Bundan əlavə, "World Aquatics" Rusiyanın tamhüquqlu üzvlüyünü bərpa edib.