IMG-LOGO

Azərbaycanda tədavüldə olan dövlət qiymətli kağızlarının ümumi dəyəri açıqlanıb

13 Apr 2026 17:57 5 baxış
IMG

Bu ilin əvvəlinə Azərbaycanda tədavüldə olan dövlət qiymətli kağızlarının ümumi dəyəri 4 % və yaxud 0,4 milyard manat azalaraq 9 milyard manat təşkil edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, azalmanı şərtləndirən əsas amil cari ilin ilk 8 ayında Maliyyə Nazirliyinin yeni emissiya təşkil etməməsi olub.

Hesabat dövründə AMB-nin notlarının dövriyyədəki məbləği 1,8 dəfə və yaxud 0,2 milyard manat artaraq 0,4 milyard manata çatıb.

Xəbər lenti