IMG-LOGO

AMB: Sığorta sektorunun debitor borcu onun dayanıqlılığına təhdid yaratmır

13 Apr 2026 17:35 5 baxış
IMG

Azərbaycanda sığorta şirkətlərinin sığorta haqları üzrə debitor borcları onların dayanıqlılığına təhdid yaratmır.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, sığortaçıların sığorta haqları üzrə debitor borcları əvvəlki ilin sonuna nisbətdə 16 % (18 milyon manat) artaraq ötən ilin sonuna 128,6 milyon manat, o cümlədən həyat sığortası üzrə sığorta haqları üzrə debitor borclar 32,3 % (12,6 milyon manat) artaraq 51,7 milyon manat, qeyri-həyat sığortası üzrə isə 7,6 % (5,4 milyon manat) artaraq 76,9 milyon manat təşkil edib.

Sığorta sektorunun sığorta haqları üzrə debitor borclarının aktivdə payı 6,7 %-dir.

Sığorta haqları üzrə debitor borcların 84 %-i ödəmə vaxtı 30 gün müddətinə qədər gecikdirilmiş sığorta haqları, 1 %-i ödəmə vaxtı 31-45 gün müddətində gecikdirilmiş sığorta haqları, 15 %-i ödəmə vaxtı 45 gündən artıq müddətə gecikdirilmiş sığorta haqları təşkil edir.

Sığortaçıların investisiya əməliyyatları ilə bağlı qaydada ödəmə vaxtı 45 gündən artıq müddətə gecikdirilmiş sığorta haqları məcmu kapitalın hesablanmasına nəzərə alınmır. Beləliklə həmin debitor borcları sığortaçıların dayanıqlığına təhdid yaratmır. Sığorta sektoru üzrə debitor borcların sığorta haqlarına nisbəti 10,5 %, vaxtı keçmiş debitor borcların sığorta haqlarına nisbəti 1,7 % olub. Bu göstəricilər həyat sığorta üzrə anoloji olaraq 6,1 % və 1,1 %, qeyrihəyat sığortası üzrə isə 20,9 % və 3,3 % olub.

Xəbər lenti