IMG-LOGO

"Azerconnect Group"un baş direktoru Emil Məsimov "Yüksəliş" müsabiqəsinin qalibi ilə görüşüb

13 Apr 2026 17:32 5 baxış
IMG

"Azerconnect Group"un baş direktoru Emil Məsimov Mentorluq Proqramı çərçivəsində beşinci "Yüksəliş" müsabiqəsinin qalibi Məmməd Həsənovla görüşüb.

Emil Məsimov qalibi müsabiqədə əldə etdiyi önəmli nailiyyət münasibətilə təbrik edib, "Yüksəliş" müsabiqəsinin ölkəmizdə kadr potensialının gücləndirilməsi, istedadların üzə çıxarılmasında rolunu vurğulayıb. Görüş zamanı baş direktor mentinin peşəkar inkişafının dəstəklənməsi məqsədilə biznes və idarəetmə sahələrində təcrübəsini bölüşüb. Eyni zamanda, qaliblə karyera planlaması, gələcək inkişaf prioritetləri, eləcə də idarəetmə və liderlik bacarıqlarının daha da təkmilləşdirilməsi mövzularında müzakirələr aparılıb.

"Yüksəliş" müsabiqəsi haqqında

"Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalayıb.

"Azerconnect Group" haqqında

Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən "Azerconnect Group" mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. "Azerconnect Group" müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Xəbər lenti