IMG-LOGO

Fevralda BTC ilə neft ixracı 1 % azalıb

13 Apr 2026 17:29 5 baxış
IMG

Bu ilin fevralında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə gündəlik 519 min barel neft ixrac edilib.

Bu barədə "Report" mənbələrə istinadən xəbər verir.

Bu ilin fevralında BTC ilə neft nəqli yanvar ayı ilə müqayisədə 1 % və ya sutkada 5 min barel azalıb.

2025-ci ilin fevral ayı ilə müqayisədə BTC boru kəməri ilə neft nəqli 12 % və ya 69 min barel azalıb.

Xatırladaq ki, 2025-ci ildə BTC kəməri vasitəsilə 206,434 milyon barel neft nəql edilib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

Xəbər lenti