Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Qətərə rəsmi səfər edib.
Bu barədə "Report" Türkiyə Milli Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsinə istinadən xəbər verir.
Bildirilib ki, Yaşar Gülər Dohadakı qarşılama mərasimindən sonra Qətər Türk Birləşmiş Müştərək Qüvvələr Komandanlığına gedərək yoxlama və nəzarət tədbirləri həyata keçirib.