IMG-LOGO

UKMTO: Xarici gəmilərə Hörmüz boğazından çıxmaq üçün güzəştli dövr verilib

13 Apr 2026 19:24 4 baxış
IMG

Bu gün ABŞ tərəfindən tətbiq edilən blokada fonunda İran limanlarında olan xarici gəmilərə Hörmüz boğazından keçmək üçün məhdud güzəştli dövr verilib.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinin (UKMTO) bəyanatında bildirilib.

Bəyanata əsasən, güzəştli dövr neytral gəmilər üçün nəzərdə tutulub, onlar İran limanlarını təhlükəsiz şəkildə tərk edə biləcəklər.

Qeyd olunub ki, bu dövrün konkret müddəti dənizçilər üçün rəsmi bildirişdə göstəriləcək və orada məhdudlaşdırıcı tədbirlərin tətbiqi şərtləri də ətraflı şəkildə izah ediləcək.

UKMTO vurğulayıb ki, İran limanları, neft terminalları və ya sahil infrastrukturu ilə əlaqədə olduqları halda, blokada bayrağından asılı olmayaraq, istisnasız olaraq bütün gəmilərə şamil ediləcək.

Məhdudiyyətlər İranın bütün sahil xəttini əhatə edir. Bununla yanaşı, hərəkət marşrutları, yoxlama prosedurları və icazə verilən tranzit qaydaları da daxil olmaqla əlavə təlimatlar hazırlanma mərhələsindədir və daha sonra dərc olunacaq.

Xəbər lenti