IMG-LOGO

Nurgül Tau: Qadınların öz potensiallarını reallaşdıra biləcəkləri cəmiyyət qurulacağına əminik

14 Apr 2026 09:42 31 baxış
IMG

Qadınların öz potensiallarını tam şəkildə reallaşdıra biləcəyi daha inklüziv və dayanıqlı cəmiyyət qurulacağına əminlik var.

"Report" xəbər verir ki, bunu Qazaxıstan Parlament Məclisinin Sosial və mədəni inkişaf komitəsinin katibi Nurgül Tau Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransı çərçivəsində təşkil edilmiş "Qadın sahibkarlığın inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi" adlı yan tədbirdə deyib.

O qeyd edib ki, həmin platforma qadınların iqtisadiyyata və ictimai həyata daha fəal cəlb olunmasına yönəlmiş praktik tövsiyələrin hazırlanmasına imkan verəcək:

"Əminəm ki, dövlət və regionların birgə səyləri nəticəsində qadınların öz potensiallarını tam şəkildə reallaşdıra biləcəyi daha inklüziv və dayanıqlı cəmiyyət qurulacaq. AQEM-in Qadınlar Şurasının yaradılması sosial, siyasət, regionların inkişafı və sahibkarlığın dəstəklənməsi sahələrində qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi üçün yeni imkanlar açır".

Xəbər lenti