Filippin Rusiya nefti və neft məhsullarının alınması üçün icazənin müddətinin uzadılması xahişi ilə ABŞ-yə müraciət edib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Filippinin energetika naziri Şeron Qarin brifinqdə bildirib.
"Biz onların cavabını gözləyirik və daha bir şans əldə edə biləcəyimizə ümidvarıq", - nazir bildirib. O əlavə edib ki, əvvəlki icazənin müddəti 2026-cı il aprelin 11-də başa çatıb.
Qarinin sözlərinə görə, hökumət müddətin uzadılmasına nail olacağına ümid edir, lakin rədd cavabı veriləcəyi təqdirdə alternativ tədarük variantları hazırlayır.
O qeyd edib ki, Filippin enerji mənbələrini şaxələndirməyə çalışır və variantlar Rusiya ilə məhdudlaşmır. Hökumət Cənubi Amerika, o cümlədən Kolumbiya və Argentina, Kanada və hətta ABŞ-dən olan tədarükçüləri nəzərdən keçirir.
"Rusiya nefti bizə seçim imkanlarımızı genişləndirmək üçün lazımdır", - o bildirib.