ABŞ-nin "Los-Anceles Leykers" klubunun basketbolçusu Lebron Ceyms karyerasında 70-ci dəfə Milli Basketbol Assosiasiyasında (NBA) həftənin ən yaxşı oyunçusu seçilib.
"Report" xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.
"Los-Anceles Leykers" son həftədə beş oyun keçirib və bunların üçündə qələbə qazanıb.
41 yaşlı basketbolçu ortalama 24 xal, 9,7 məhsuldar ötürmə və 6 ribaundla yadda qalıb.
Xatırladaq ki, Lebron Ceyms 2018-ci ildən "Los-Anceles Leykers"də çıxış edir.