IMG-LOGO

Bahar Muradova: Qadınların rəqəmsal inkişafa cəlbi onların sosial dayanıqlılığını artırır

14 Apr 2026 11:34 4 baxış
IMG

AQEM-in qadın sahibkarlığın inkişafı ilə bağlı konfransının məqsədi gender bərabərliyinin davamlı gələcəyin sosial-iqtisadi inkişafında roluna diqqət çəkməkdir.

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı bildirib.

O qeyd edib ki, qadınların süni intellekt sahəsinə və rəqəmsal inkişafa cəlbi, onların bu proseslərdə birbaşa iştirakı əsas məsələlərdəndir:

"Bu, qadınların sosial dayanıqlılığını artırır. Azərbaycanda qadın sahibkarlar böyük iqtisadiyyatda, dayanıqlı kənd təsərrüfatında və su istifadəsində aktiv şəkildə iştirak edirlər. Qadınlar həm rəqəmsal mühitdə, həm də ətraf mühit sahəsində fəaliyyət göstərirlər. Siyasətlərin effektivliyini gücləndirmək isə yalnız nəzəri yanaşmalarla deyil, eyni zamanda, real təcrübələrlə ölçülməlidir".

Komitə sədri vurğulayıb ki, hər il qurum illik icraat hesabatını Milli Məclisə təqdim edir:

"Üç əsas sənəd mövcuddur və bunlara rəqəmsal inkişaf, gender bərabərliyi və rəqəmsal təhlükəsizlik məsələləri daxildir. AQEM Qadınlar Şurasının yaradılması və mandatının praktik müstəviyə keçirilməsi üzv dövlətlər arasında əhəmiyyət daşıyır".

Xəbər lenti