Azərbaycanda ilin ilk rübündə 332 nəfərin IELTS imtahanı üzrə xərclərini Təhsilin İnkişafı Fondu qarşılayıb.
"Report" xəbər verir ki, bu barədə Fond məlumat yayıb.
İştirakçıların 190 nəfəri kişi, 142 nəfəri isə qadın olub.
Təhsil səviyyələri üzrə bölgüyə əsasən, iştirakçıların böyük əksəriyyətini bakalavriat səviyyəsində təhsil alan tələbələr təşkil edir.
Belə ki, layihə çərçivəsində 302 bakalavr, 24 magistratura tələbəsi, 3 doktorant və 3 müəllim iştirak edib.
2026-cı ildən etibarən layihə üzrə tələblər təkmilləşdirilərək, namizədlər üçün IELTS imtahanından minimum 7.0 və daha yüksək nəticə əldə etmək, həmçinin imtahan nəticəsini əldə etdikləri tarixdən etibarən 6 ay müddətində təhsil aldıqları ali təhsil müəssisəsinə müraciət etmək şərti müəyyən olunub.