IMG-LOGO

Əfsanəvi sənətçi Zerrin Özerin son halı görənləri kədərləndirdi

14 Apr 2026 13:06 3 baxış
IMG
1 0

Türkiyəli əfsanəvi sənətçi Zerrin Özer, uzun fasilədən sonra sevənlərinin qarşısına çıxsa da, səhhətindəki ciddi problemlər hər kəsi dərindən sarsıdıb. 2023-cü ildə keçirdiyi onurğa beyni əməliyyatından sonra vəziyyəti pisləşən və təşviş pozuntusu ilə mübarizə aparan sənətçi, bir müddət reabilitasiya mərkəzində müalicə alıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, uzun müddətdir kameralardan uzaq qalan müğənni, sənət dostuna dəstək gecəsində təkbaşına yeriməkdə çətinlik çəkdiyi üçün səhnədə oturaraq çıxış edib. Sağlamlıq vəziyyəti haqqında məlumat verən Özer, beyinindəki iki damarın müvafiq olaraq 70% və 30% tutulduğunu, bu səbəbdən müvazinətini qorumaqda çətinlik çəkdiyini açıqlayıb.

Zerrin Özer maqazin

Xəbər lenti