IMG-LOGO

"Şamaxı"nın baş meneceri Kamran İsmayılov: "Ayxan Abbasovla bağlı məsələyə nöqtə qoyulmayıb"

14 Apr 2026 13:51 4 baxış
IMG

"Şamaxı" klubunda baş məşqçi Ayxan Abbasovla bağlı məsələyə nöqtə qoyulmayıb.

Bu barədə "Report"a bölgə təmsilçisinin baş meneceri Kamran İsmayılov açıqlama verib.

O, 44 yaşlı mütəxəssisin hazırkı müqaviləsinin müddətinin mövsümün sonunadək olduğunu xatırladıb:

"Baş məşqçi mövsümün sonunadək vəzifəsində qalacaq, işini davam etdirəcək. Yalan danışmaq istəmirəm, növbəti mövsüm üçün Ayxan Abbasovla hələlik yeni sözləşmə bağlanmayıb. Komandadan ayrılsa, yeni mütəxəssis kim olacaq? Bu barədə danışmaq çətindir. Həyatda, futbolda hər günün öz hökmü var. Mövsümün sonunda nə olacaq? İndi bunu demək bir az çətindir. Hər şey ola bilər. İndidən heç bir məsələyə konkret nöqtə qoyulmayıb. Bu səbəbdən şərh etmək, açıqlama vermək bir az çətindir. Hər şey ola bilər".

K.İsmayılov Ayxan Abbasovla vidalaşacaqları təqdirdə yeni baş məşqçi axtarışına start verəcəklərini söyləyib:

"Klubumuz belə bir baxış var. İnanıram ki, iş prinsipimizə hörmətlə yanaşacaqsınız. Çalışırıq ki, məşqçi, futbolçu axtaranda, danışıq aparanda, məlumat verməyək, prosesi şərh etməyək. Danışıqlar vaxtı istər-istəməz razılıq alınmaya da bilər. Hər dəfə danışıqlar barədə mətbuata açıqlama verməyi düzgün hesab etmirik. Sadəcə, müqavilə bağlananda rəsmi məlumat veririk və daha sonra istənilən sualı cavablandırırıq. Sözləşmənin müddəti artırılmayanda da belə edirik. Hazırda heç bir məsələdə nöqtə qoyulmayıb. Bu səbəbdən indi nəsə demək çətindir. Mövsüm bitəndən sonra tam dəqiq nöqtə qoyulacaq ki, Ayxan Abbasov komandada qalır, ya yox. Qalmadığı halda, sözsüz ki, yeni baş məşqçi axtarışları, danışıqları başlayacaq. Hazırda Ayxan Abbasovla bağlı məsələyə nöqtə qoyulmayıb. Mövsümün sonunadək komandadır. Sonrasına baxacağıq".

Xatırladaq ki, Azərbaycan millisinin də baş məşqçisi olan Ayxan Abbasov 2024-cü ildən "Şamaxı"da işləyir.

Xəbər lenti