IMG-LOGO

BEA: Azərbaycanda martda gündəlik neft hasilatı təxminən 470 min barel olub

14 Apr 2026 13:33 3 baxış
IMG

Bu ilin martında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla təxminən 470 min barel təşkil edib.

"Report" Beynəlxalq Enerji Agentliyinin (BEA) aylıq hesabatına istinadən xəbər verir ki, bu, 2026-cı ilin fevral səviyyəsinə uyğundur.

Qeyd edək ki, bu il "OPEC+" sazişi çərçivəsində Azərbaycanın neft hasilatı üzrə kvotası sutkada 551 min barel təşkil edir.

BEA-nın məlumatına görə, martda qlobal neft tədarükü sutkada 10,1 milyon barel azalaraq 97 milyon barelə enib. Buna səbəb Yaxın Şərqdə enerji infrastrukturuna hücumlar və Hörmüz boğazından tankerlərin hərəkətinə qoyulmuş məhdudiyyətlər olub.

Agentliyin məlumatına görə, "OPEC+" ölkələrinin gündəlik neft hasilatı sutkada 9,4 milyon barel azalaraq 42,4 milyon barelə enib.

Eyni zamanda "OPEC+"a daxil olmayan ölkələrin neft tədarükü sutkada 770 min barel azalaraq 54,7 milyon barel təşkil edib.

Xəbər lenti