Ötən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın Dnepropetrovsk və Xerson vilayətlərinə zərbələr endirib, nəticədə 4 nəfər ölüb, 31 nəfər yaralanıb.
"Report" Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyalarının rəhbərləri bildiriblər.
Onların məlumatına görə, Xerson vilayətində 4 nəfər ölüb, 16 nəfər, o cümlədən iki tibb işçisi yaralanıb.
Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja 15 nəfərin yaralandığını diqqətə çatdırıb.
Onun sözlərinə görə, yaralananların hamısı xəstəxanaya yerləşdirilib: 9 nəfər ağır, qalanları isə orta ağır vəziyyətdədir.