IMG-LOGO

Çin avtomobillərinin ən həssas yeri bəlli oldu

14 Apr 2026 14:46 4 baxış
IMG
1 0

Çin avtomobillərinin ən həssas hissəsi radiator hesab olunur.

Lent.az xəbər verir ki, yaz mövsümündə avtomobillə bağlı işlər adətən təkərlərin dəyişdirilməsi, şüşəsilənlərin yenilənməsi və avtomobilin yuyulması ilə məhdudlaşır. Lakin Çin avtomobili sahiblərinə radiator üçün qoruyucu tor quraşdırmaq tövsiyə olunur. Əks halda magistral yolda kiçik bir daş belə avtomobili hərəkətsiz vəziyyətə sala bilər.

Bunu ekspertlər açıqlayıblar.

Onların izahına görə, avtomobillər yol keyfiyyətinə qarşı daha həssas olur və bu, qlobal tendensiyadır. Ağır və “sındırılmaz” hesab edilən asqı sistemləri daha yüngül və dəqiq variantlarla əvəz olunur. Çünki Avropa və Çində avtomobillər illərlə ideal örtüklü yollarda hərəkət edir.

Vəziyyəti daha da çətinləşdirən amillərdən biri mis radiatorlardan alüminium radiatorlara keçiddir. Bu da müasir Çin avtomobillərinin əksəriyyətində olan iri hüceyrəli böyük radiator barmaqlıqları ilə birlikdə riskləri artırır.

Ekspertlərin sözlərinə görə, radiatorun zədələnmə riski ən çox yayda, yüksək sürətli magistral yollarda yaranır. Burada istənilən kiçik daş güllə kimi zərbə ilə dəyə bilər. Bundan əlavə, isti havada mühərrikə düşən istilik yükü artır və normadan hər hansı kənarlaşma daha tez özünü göstərir. Şəhər daxilində də risk qalır: böyük şəhərlərdə intensiv hərəkətli yollar var və burada yol təmirindən qalan çınqıllara və ya yük maşınından düşən daşlara rast gəlmək mümkündür.

Çin avtomobilləri texno

Xəbər lenti