IMG-LOGO

AMB: İranın ətrafında baş verənlərin maliyyə sektoruna təsiri gözlənilmir

14 Apr 2026 15:59 5 baxış
IMG

İranın ətrafında baş verənlərin Azərbaycanın maliyyə sektoruna hər hansı formada təsir etməsi gözlənilmir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə bildirib.

"Bizim cənub qonşumuzla ixracın və idxalın payı ümumi ticarətdə elə də çox deyil. Maliyyə sektorumuzun da İranla inteqrasiyası çox deyil. Yəni, indiki mərhələdə sektora hər hansı təsir olacağını düşünmürük. Amma prosesləri yaxından izləyirik, hər hansı bir dəyişiklik olarsa biz öz proqnozlarımızı ona uyğun dəyişəcəyik. Yaxın Şərqdəki proseslər dünya bazarında neft qiymətlərini artırıb, bu da Azərbaycanın valyuta ehtiyatlarının və tədiyyə balansının artması deməkdir. Digər tərəfdən, neftin bahalaşması bizim ticarət tərəfdaşı olduğumuz və neft idxal edən bir sıra ölkələrdə inflyasiyanın artımı deməkdir, dolayısı ilə bizə inflyasiya idxalı deməkdir. Bu prosesi də yaxından izləyirik. İnflyasiya proqnozlarını detallaşdırırıq və may ayında paylaşacağıq", - deyə o qeyd edib.

Xəbər lenti