IMG-LOGO

Djedoviç Handanoviç: "Serbiya Azərbaycandan keçəcək "yaşıl dəhliz"ə qoşulmağa hazırdır"

14 Apr 2026 15:39 4 baxış
IMG

Serbiyanın Xəzər regionu və Cənub-Şərqi Avropa arasındakı "yaşıl dəhliz"ə qoşulması Belqrad və Bakı arasında əməkdaşlığın perspektivli istiqamətlərindən biridir.

Bu barədə "Report"a müsahibəsində Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç bildirib.

"Serbiyanın artıq bu layihədə iştirak edən bir sıra dövlətlərlə ümumi sərhədlərə malik olduğunu və Balkanlarda mərkəzi coğrafi mövqe tutduğunu nəzərə alsaq, o, eyni zamanda, həm istehlakçı, həm də tranzit dövlət rolunda çıxış edə bilər", - Djedoviç Handanoviç deyib.

Onun sözlərinə görə, Serbiya və Azərbaycanın müvafiq nazirlikləri arasında "yaşıl enerji" üzrə əməkdaşlıq sahəsində Anlaşma Memorandumunun imzalanması sayəsində ikitərəfli enerji tərəfdaşlığının genişləndirilməsi üçün şərait yaranıb. Buraya bərpa olunan enerji mənbələri sektoru və enerji keçidi prosesi üçün əhəmiyyətli olan digər istiqamətlər daxildir.

"Avropa İttifaqına üzvlüyə namizəd ölkə olaraq Serbiya energetika sahəsinin dekarbonizasiyası üzrə öhdəliklər götürüb və 2030-cu ilə qədər elektrik enerjisinin 45 %-nin bərpa olunan mənbələrdən istehsalını təmin etməyi qarşıya məqsəd qoyub. Dövlətlərimiz arasında bərpa olunan enerji mənbələri sahəsində qarşılıqlı fəaliyyət üçün əhəmiyyətli potensial mövcuddur və biz gələcəkdə bu əməkdaşlığın fəal şəkildə inkişaf edəcəyini gözləyirik", - nazir əlavə edib.

O qeyd edib ki, Serbiya elektrik şəbəkəsi infrastrukturu sahəsində ümumi dəyəri təxminən milyard avro olan əsas layihələri müəyyən edib, onların da həyata keçirilməsi qonşu dövlətlərlə əlaqələri gücləndirməyə, enerji təchizatının etibarlılığını artırmağa və ölkənin tranzit mövqelərini möhkəmləndirməyə imkan verəcək.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

Xəbər lenti