IMG-LOGO

Agentlik: Azərbaycandan olan iddiaçıların 60 Avrasiya patenti qüvvədədir

14 Apr 2026 15:34 4 baxış
IMG

Azərbaycandan olan iddiaçıların 60 Avrasiya patenti qüvvədədir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Patenlərin 17-si insanın həyati tələbatlarının təmin edilməsi, 2-si müxtəlif texnoloji proseslər, nəqliyyat, 14-ü Kimya və metallurgiya, 16-sı tikinti və dağ-mədən işi, daha 2-si maşınqayırma, işıqlandırma, isitmə, silah və döyüş sursatı, partlatma işləri, 9-u fizika üzrə ixtiralardan ibarət olub.

Qeyd edək ki, Avrasiya Patent Təşkilatında (APT) Avrasiya regionunda ixtiraların və sənaye nümunələrinin hüquqi qorunması ilə məşğul olan beynəlxalq hökumətlərarası təşkilatdır.

Təşkilata Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan, Tacikistan və Türkmənistan daxildir. Azərbaycan bu təşkilata 1995-ci ildən qoşulub.

APT Avrasiya patent sistemini idarə edir və patent iddia sənədlərinin qəbulu və ekspertizası, bir neçə ölkədə qüvvədə olan vahid avrasiya patentinin verilməsinə nəzarət edir. Bu sistemin üstünlüyü ondadır ki, hər ölkəyə ayrıca müraciət etmək əvəzinə bir iddia sənədi ilə bir neçə ölkədə qorunma əldə etmək mümkündür.

Xəbər lenti