IMG-LOGO

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası təkmilləşdirilir

14 Apr 2026 15:31 4 baxış
IMG

Azərbaycanda daşınmaz əmlakın icbari sığortasının təkmilləşdirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin layihələri Nazirlər Kabinetinə təqdim edilib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sabitliyi departamentinin direktoru Ataxan Həsənov bildirib.

Bundan başqa, onun sözlərinə görə, aqrar sığorta sistemi üzrə konseptual dəyişikliklər, eləcə də sığorta vasitəçiləri institutunun tənzimlənməsi istiqamətində yeni qanun layihəsi hazırlanıb.

AMB-nin Baş direktoru Vüsal Qurbanov isə qeyd edib ki, daşınmaz əmlakla bağlı sığorta məbləğlərinin artırılması nəzərdə tutulur: "İndi qüvvədə olan qanunvericilik katastrofik riskləri əhatə etmir, odur ki, sığorta məbləğləri azdır. Bu məbləğləri artırmağı düşünürük, odur ki, yanğın, partlayış, ildırım riskləri də daxil olmaqla yeni konsepsiya hazırlanıb. Həmçinin sığorta ödənişlərində operativliyin təmin edilməsi üçün müxtəlif tənzimləmələr planlaşdırılır. Eyni zamanda elektron tənzimləmələr gözlənilir. Yəni, vətəndaşyönümlü bir sıra aspektlər nəzərə alınıb", - deyə o qeyd edib.

Xəbər lenti