IMG-LOGO

Mirzoyan-Kallas görüşündə strateji tərəfdaşlıq gündəliyi və demokratik dayanıqlılıq müzakirə olunub

14 Apr 2026 16:47 4 baxış
IMG

Ermənistan və Avropa İttifaqı arasında tərəfdaşlığın strateji gündəliyinin ardıcıl həyata keçirilməsi məsələləri müzakirə edilib.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, müzakirələr Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Kaya Kallas arasında Brüsseldə aparılıb.

Məlumata görə, may ayında İrəvanda keçiriləcək Ermənistan-Aİ sammitinə hazırlığa xüsusi diqqət yetirilib. "Mirzoyan və Kallas həmçinin Ermənistan və Aİ arasında dəyərlərə əsaslanan tərəfdaşlığın mühüm hissəsi olan demokratik dayanıqlılığın gücləndirilməsi təşəbbüslərini müzakirə ediblər", - XİN-dən qeyd edilib. Bundan əlavə, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı üzrə qarşılıqlı faydalı proqramların həyata keçirilməsinin, eləcə də energetika sahəsində əməkdaşlığın vacibliyi vurğulanıb.

Xəbər lenti