IMG-LOGO

Azərbaycanda aqrar sığorta sistemi ilə bağlı vahid infrastruktur formalaşdırılır

14 Apr 2026 16:36 3 baxış
IMG

Azərbaycanda aqrar sığorta sistemi ilə bağlı idarəetmədə vahid mərkəzləşmiş infrastrukturun formalaşdırılması istiqamətində işlər aparılır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Vüsal Qurbanov bildirib.

O xatırladıb ki, 2019-cu ildən aqrar sığortanın tətbiqinə həm hüquqi, həm də təşkilati olaraq başlanılıb: "Təbii ki, bu model beynəlxalq təcrübəyə istinad edilərək qurulub. Onun təkmilləşdirilməsi də beynəlxalq təcrübəyə uyğun olaraq aparılır. Buraya həm əhatəliliyin artırılması, həm də idarəetmədə vahid mərkəzləşmiş infrastrukturun formalaşdırılması daxildir. Məqsəd fermerlərə daha yaxşı sığorta xidmətlərinin və daha geniş əhatəli sığorta xidmətlərinin təqdim oluna bilinməsidir".

Xəbər lenti