IMG-LOGO

Alparslan Bayraktar: Türkiyə Hörmüz boğazı ilə bağlı vəziyyətə görə enerji təchizatı üçün risk görmür

14 Apr 2026 16:34 3 baxış
IMG

Hörmüz boğazı ətrafındakı vəziyyət Türkiyəyə əsasən enerji daşıyıcılarının bahalaşması şəklində təsir göstərir.

"Report" xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "TV100" telekanalının efirində bəyan edib.

"Hörmüz boğazı ilə bağlı vəziyyət daha problemli mərhələyə keçir. Enerji təhlükəsizliyi baxımından ölkəmiz hələ də əvvəlki səviyyədədir. Hazırda hər hansı bir problem müşahidə olunmur. Bu, Türkiyənin təbii qazın tranziti üçün Hörmüz boğazından istifadə etməməsi ilə bağlıdır", - nazir qeyd edib.

O əlavə edib ki, Türkiyənin idxal etdiyi neftin cəmi təxminən 10%-i bu su yolu vasitəsilə keçir.

"Beləliklə, ölkəmiz üçün bu göstərici məqbuldur. Lakin bütün dünya bazarına, deməli, Türkiyəyə də təsir edən amil, şübhəsiz, qiymət dinamikası ilə bağlıdır", - Bayraktar vurğulayıb.

Xəbər lenti