IMG-LOGO

Avropa çempionatı: Azərbaycanın qızlardan ibarət U-19 millisi ikinci oyunda da məğlub olub

14 Apr 2026 17:53 2 baxış
IMG

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

"Report" xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda Çexiya ilə qarşılaşıb.

Xorvatiyanın Luçko şəhərindəki təşkil olunan görüş rəqibin 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.

U-19 daha əvvəl Xorvatiyaya 6 cavabsız qolla uduzub.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 17-də Gürcüstanla üz-üzə gələcək.

Xəbər lenti