IMG-LOGO

Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu 2 dəfədən çox artıb

14 Apr 2026 17:41 2 baxış
IMG

Bu ilin yanvar-mart aylarında Azərbaycanın informasiya və rabitə sektoruna 164,5 milyon manat investisiya qoyulub.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Bu sektora yatırılan investisiyaların ölkə iqtisadiyyatına investisiya qoyuluşunda payı 4,1 % təşkil edib.

2025-ci ildə sektora investisiya qoyuluşu 373,6 milyon manat olub. Bu, 2024-cü illə müqayisədə 46,7 % azdır.

Xəbər lenti