IMG-LOGO

Azərbaycanda qeydiyyatda olan işsiz şəxslərin sayı 247 min nəfərə yaxındır

14 Apr 2026 17:36 4 baxış
IMG

2026-cı il aprel ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 246,9 min nəfər olub.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, onların 51,7% qadınlar təşkil edib.

İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 475 manat olub.

Məlumat üçün bildirək ki, cari ilin mart ayının 1-i vəziyyətinə görə, qeydiyyata alınmış işsiz şəxslərin sayı 250,3 min nəfər olub.

Xəbər lenti