IMG-LOGO

Türkiyə millisinin üzvü Ozan Kabak Almaniya klubu ilə yeni müqavilə imzalayıb

14 Apr 2026 18:42 4 baxış
IMG

Almaniyanın "Hoffenhaym" klubunda çıxış edən Türkiyə millisinin üzvü Ozan Kabakın müqaviləsinin müddəti uzadılıb.

"Report" xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı müdafiəçi ilə 2030-cu ilə qədər yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Ozan Kabak cari mövsümdə "Hoffenhaym"ın heyətində 21 oyunda iştirak edib və 4 qol vurub.

Xəbər lenti