IMG-LOGO

Bir qədəh şərab... bir saatlıq məşqi əvəz edə bilər – AÇIQLAMA

14 Apr 2026 19:06 3 baxış
IMG
1 0

Alimlər məşhur içkinin onun təsiri haqqında təsəvvürləri dəyişdirə biləcək qeyri-adi xüsusiyyətini aşkar ediblər.

Lent.az xarici mediaya istinadla məlumat verir ki, bir neçə ölkənin tədqiqatçıları qırmızı şərabın qədərində istehlakı ilə çəkiyə nəzarət prosesləri arasında mümkün əlaqə olduğunu bildiriblər. Tədqiqatçıların diqqət mərkəzində üzümün qabığında olan və maddələr mübadiləsinə təsir göstərmək qabiliyyətinə malik resveratrol təbii birləşməsi dayanıb.

Harvard və Alberta universitetlərinin mütəxəssisləri belə qənaətə gəliblər ki, resveratrol piylərin toplanmasına mane ola bilər. Onların qiymətləndirmələrinə görə, bu maddənin təsiri müəyyən dərəcədə fiziki yüklənmə zamanı əldə edilən effekti xatırladır, lakin onu tamamilə əvəz etmir.

Vaşinqton Ştat Universitetinin alimlərinin apardığı əlavə müşahidələr göstərib ki, içkinin qəbul edilmə vaxtı da mühüm əhəmiyyət kəsb edə bilər:

Axşam saatlarında şərab qəbulu bədən çəkisinin daha effektiv idarə olunması ilə əlaqələndirilir.  Gündüz saatlarında isə oxşar nəticələr müşahidə olunmur.

Öz növbəsində, danimarkalı tədqiqatçılar mülayim şərab istehlakı ilə daha kiçik bel ölçüsü arasında statistik asılılıq aşkar ediblər. Bu içkini az miqdarda rasionuna daxil edən insanlar, alkoqoldan tamamilə imtina edənlərlə müqayisədə əksər  hallarda daha fit bədən quruluşuna sahib olurlar.

Ekspertlər vurğulayırlar ki, bu nəticələr alkoqol qəbulu üçün bir tövsiyə deyil və fiziki aktivliyə, eləcə də sağlam həyat tərzinə alternativ ola bilməz.

Sevda Rumi

Şərab faydaları

Xəbər lenti