Amerikalı reper Kanye Uest Hollivudun "Chateau Marmont" hotelində bir nəfərə hücum etdiyi üçün məhkəməyə verilib.
Lent.az xəbər verir ki, bu barədə TMZ portalı məhkəmə sənədlərinə istinadən xəbər verir.
"Kanye bir il əvvəl baş vermiş insidentlə bağlı döymə və emosional zərər vurma maddələri ilə məhkəməyə verilib. Zərərçəkmişin bildirdiyinə görə, həmin vaxt Kanye Los-Ancelesin məşhur hotelində onu yumruqla vurub. Kişi, həmçinin iddiada qeyd edir ki, Kanye onu öz şirkətindəki qadına qarşı təhqiramiz və nalayiq davranışda yalan yerə ittiham edib və bu yalanı podkastda təkrar edib", - deyə nəşrdə bildirilir.
İddiaçı adının açıqlanmamasını istəyib. Onun ifadəsinə görə, reper onun masasına yaxınlaşıb və xəbərdarlıq etmədən üzünə yumruq zərbəsi endirib, nəticədə o, yerə yıxılıb.
Kanye Uest