"PAŞA Bank" ASC bu ilin I rübünü 48,287 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 % çoxdur.
Yanvar-mart aylarında "PAŞA Bank"ın gəlirləri 201,166 milyon manat (1 il əvvələ nisbətən 5,9 % az), xərcləri 131,97 milyon manat (13 % az), xüsusi ehtiyatlara ayırmaları 6,764 milyon manat (16,6 % çox), mənfəət vergisi ödəmələri isə 14,146 milyon manat (15,8 % çox) təşkil edib.
Bu il aprelin 1-nə "PAŞA Bank"ın aktivləri 9 milyard 48,057 milyon manat olub ki, bu da illik müqayisədə 9,7 % çoxdur. Bunun 3 milyard 216,821 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,1 % kiçilib.
Hesabat dövründə "PAŞA Bank"ın öhdəlikləri 10,9 % artaraq 8 milyard 088,327 milyon manata, o cümlədən depozit portfeli 9,3 % artaraq 6 milyard 910,712 milyon manata, balans kapitalı isə 0,2 % artaraq 959,729 milyon manata çatıb.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8 %-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2 %-i "Bless" MMC-yə, 10 % Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.