IMG-LOGO

"Xalq Bank"ın maliyyə göstəriciləri pisləşib

15 Apr 2026 09:48 3 baxış
IMG

"Xalq Bank" ASC bu ilin I rübünü 9,391 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,8 % azdır.

Yanvar-mart aylarında "Xalq Bank"ın gəlirləri 61,124 milyon manat (1 il əvvələ nisbətən 3,6 % çox), xərcləri 48,326 milyon manat (26,1 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 114 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 3,522 milyon manat (23,6 % az) təşkil edib.

Bu il aprelin 1-nə "Xalq Bank"ın aktivləri 3 milyard 20,791 milyon manat olub ki, bu da illik müqayisədə 0,8 % azdır. Bunun 1 milyard 772,233 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 1,2 % kiçilib.

Hesabat dövründə "Xalq Bank"ın öhdəlikləri 2,2 % azalaraq 2 milyard 470,047 milyon manat, o cümlədən depozit portfeli 4,1 % artaraq 1 milyard 893,772 milyon manat, balans kapitalı isə 6,1 % artaraq 550,744 milyon manat, o cümlədən nizamnamə kapitalı 7,6 % artaraq 446,6 milyon manat olub.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə "Foton" MMC-yə məxsusdur.

Xəbər lenti