IMG-LOGO

BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi açıqlanıb

15 Apr 2026 09:24 5 baxış
IMG

Bu ilin yanvar-mart aylarında Azərbaycan Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə 6 milyon 206 min ton neft nəql edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin ilk üç ayının göstəricisinə nisbətən 10 % azdır.

Ötən dövr ərzində nəqletmənin 76,9 %-i BTC kəməri ilə həyata keçirilib.

Bu ilin I rübündə BTC kəməri ilə nəql edilmiş neftin 82,3 %-ni və ya 5 milyon 109,6 min tonunu Azərbaycanda hasil edilən neft, 17,7 %-ini və ya 1 milyon 96,4 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Bu dövrdə BTC kəməri ilə nəql edilmiş Azərbaycan neftinin həcmi 10,8 %, Türkmənistan və Qazaxıstandan daxil olan neftin həcmi isə 4,9 % azalıb.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), "MOL Group" (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %) pay sahibidir.

Xəbər lenti