Dağıstanda (Rusiya) martın sonundan müşahidə olunan daşqınlar nəticəsində 129 yaşayış evi su altında qalmaqdadır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın FHN-nin mətbuat xidmətindən bildirilib.
Qurumun məlumatına görə, həmçinin dörd bələdiyyədə 144 həyətyanı sahə və avtomobil yollarının altı hissəsi su altında qalıb.
Müvəqqəti yerləşdirmə məntəqələrində 177 uşaq daxil olmaqla 519 nəfər yerləşir.
FHN-dən bildiriblər ki, beş bələdiyyədə enerji təchizatının bərpası üzrə işlər davam etdirilir.