"Brand Credit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 765 min manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 17,2 % çoxdur.
Ötən il "Brand Credit"in vergiyəqədərki mənfəəti 956 min manat (əvvəlki ilə nisbətən 18 % çox), mənfəət vergisi ödəmələri isə 191 min manat (21,7 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Brand Credit"in aktivləri 8,857 milyon manat olub ki, bu da illik müqayisədə 30,1 % çoxdur. Bunun 7,351 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 23,5 % böyüyüb.
Hesabat dövründə "Brand Credit"in öhdəlikləri 35,8 % artaraq 6,003 milyon manata, balans kapitalı isə 19,5 % artaraq 2,854 milyon manata çatıb.
Xatırladaq ki, "Brand Credit" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,9 milyon manatdır. BOKT-un təsisçiləri 75% payla Yeganə Vəliyeva, 22% payla Əli Hüseynov və 3 % payla Şəbnəm Vəliyevadır.